Yolumuz Almaniyaya
photoBerlin

Uşaqların məktəbə və bağçaya qeydiyyatı

Salam hörmətli oxuyucular . Bu gün sizə uşaqlarınızı Almaniyaya gətirdikdən sonrakı bəzi proseslər haqqında məlumatlandırmaq istəyirəm . Sizə yazacağım prosesləri öz övladlarımla keçmişəm

QEYD: Keçdiyimiz proseslər Berlin üçün daha dəqiqdir. Başqa əyalətlərdə fərqi tələblər ola bilər

İlk öncə uşaqlar gələn kimi yaşadığımız əraziyə və icbari sığortaya qeydiyyat etdik . 1 həfdə ərzində Vergi idetifikasiya nömrəsini göndərdilər . Bundan sonra bağça və məktəb qeydiyyatı üçün lazımı orqanlara müraciətə başladıq.

QEYD: Yaşayış qeydiyyatı olmadan bu proseslərə başlamaq olmur.

Bağçalar hər biri ödənişlidir. Amma 3-6 yaş aralığında qeydiyyatdan keçib çek alaraq 23 Eurodan başlayan qiymətlərlə bağçalar tapmaq olur . Lazım olan sənədləri topladıq və cek(GUTSCHEİN) üçün müraciət etdik və 1 həfdə ərzində göndərdilər. Daha sonra Berlin.de saytında yaşadığımız əraziyə yaxın və boş yer olan bağçaları tapıb müraciət etdik. Çek üçün yaşadığımız rayonun Rathaus-na müraciət etdik .Lazım olan sənədləri isə ChatGBT dən soruşduq .:)

QEYD: Azərbaycandan uşaqlarınızın peyvəndlərini həll edin sənədi tərcümə təsdiq etdirin gətirin özünüzlə. burda ən aşağısı 15 euroya tərcümə edirlər hər hansısa sənədlərin 1 səhifəsini ən azı.

Bağçalar özləri lazım olan sənədlərin siyahısını verir. Beləliklə bağça məsələsi həll oldu . Bu proses kaş bu məqaləni yazdığım vaxt qədər qısa vaxt aparardı. Təəssüfki Almaniyada sənədləşmə prosesi çox vaxt aparırır . 1 ay vaxtımızı apardı bu sənədləşmə.

Məktəbə qeydiyyat isə , ilk öncə rayon üzrə qeydiyyat şöbəsi olur yaşadığınız əraziyə yaxın . Pasportlarınızla oraya yaxınlaşırsınız.Onlar uşağı qeydiyyata alır və Rathausa göndərir . 1-4 həfdə ərzində sizə ən yaxın olan məktəbə göndəriş vərəqi verirlər. Onunla yaxınlaşıb məktəbə qeydiyyatdan keçirsiniz. Növbəti həfdədən uşaq dərslərə başlayır. Bu prosesdə 1 aya qədər vaxta həll oldu.

Çox xırdalığı ilə yazmadım. Çünki əyalətlərə görə fərqli olur tələblər.

Ümid edirəm ki, bu yazımda kimlərinsə köməyi olacaq . Uğurlar hər birinizə .

Kərimli Ağabala

Geri